Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda atəşkəs razılaşması imzalandıqdan sonra “hərbiçilərin əllərindən gələni etdiyini” açıqlayaraq, etirazçılardan dövlətçiliyi pozmamağı xahiş edib.
Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
“Biz sizi dövlətçiliyin əsaslarına xələl gətirə biləcək hərəkətlərdən çəkinməyə çağırırıq”, – Ermənistan hərbi idarəsinin bəyanatında deyilir.