Ermənistan parlamenti ölkədə hərbi vəziyyətin davam etməsinə qərar verib.
Banker.az bildirir ki, bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.
Parlament “Çiçəklənən Ermənistan” Partiyasının təşəbbüsünü dəstəkləməyib.
Səsvermədə 36 deputat təşəbbüsün lehinə, 56-sı əleyhinə səs verib.
Qeyd edək ki, Ermənistan müxalifəti hərbi vəziyyətin ləğvinin elan edilməsinə, bundan sonra isə Nikol Paşinyanın istefasına nail olmağa çalışır.