Ermənistanda prezident seçkilərinin vaxtı açıqlanıb.
Ölkə mediasında yayılan məlumata görə, dövlət başçısı seçkiləri Ermənistan parlamenti martın 1-də başlayacaq növbəti sessiyasında baş tutacaq.
Bildirilir ki, məsələnin sessiyanın gündəliyinə salınması ilə bağlı layihə parlamentin fevralın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, Ermənistanın son prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Onun səlahiyyətlərini fevralın 1-dən etibarən parlamentin sədri Alen Simonyan icra edir.