5 C
Baku
Saturday, December 14, 2024

Ermənistan parlamentinin sədri: “KTMT-nin Ermənistandan çıxmaqla bağlı qərar verməsi mümkündür”

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyaya səfər edəcək.

O, bu barədə parlamentdə çıxışı zamanı deyib.

A.Simonyan bildirib ki, səfər oktyabrın 9-na planlaşdırılıb. O, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşəcək.

Parlament sədri söyləyib ki, səfər zamanı regional və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilindəki məsələlər müzakirə olunacaq.

Eyni zamanda, o, Ermənistanın KTMT-dən çıxmaq vaxtının gəlib çatması ilə bağlı sualı cavablandırmaq istəməyib.

Onun sözlərinə görə, KTMT-nin Ermənistandan çıxmaqla bağlı qərar verməsi mümkündür.

“Əgər bu struktur lazımi reaksiya göstərmirsə, o zaman – mən öz fikrimdə qalıram – bu barədə yaxşıca düşünüb başa düşməliyik. Amma, bu, bir oyun deyil. Biz bundan sonra nə edəcəyimizi və bundan sonra nələrin baş verəcəyini anlamadan qəfil addımlar ata bilmərik. Bəli, problemin olması barədə danışacağam”, – A.Simonyan bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər