“Sülh prosesi artıq başlayıb”.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O bildirib ki, müharibədən sonra çoxları sülhün təmin edilə biləcəyinə inamsızlığını ifadə edirdi:
“Amma bu gün bu istiqamətdə addımlar atılır. Biz yaxşı işləməyə davam etsək, müəyyən nəticə əldə edə bilərik”.