Ermənistan Prezidenti: Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik (Zəngəzur dəhlizi – red.) sakinlərinə Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının vacibliyindən danışıb.

O, bunu Sünikdə keçirilən görüşdə bildirib.

“Əgər biz Sünikin qapılarını aça bilsək – 43 kilometrin imkanlarını nəzərdə tuturam, əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır”, – V.Xaçaturyan vurğulayıb.