Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatına ciddi risklər yaradıb.
Bu barədə Ermənistanın yeni Prezidenti Vaaqn Xaçatryan açıqlama verib.
O, sanksiyaların idarəolunmaz risklər yarada biləcəyini deyib.
“Biz sanksiyaların nəticələrinin bir hissəsini proqnozlaşdıra bilərik amma tam qiymətləndirmə mümkün deyil. Biz öz sistemimizi, maliyyə sektorumuzu sadə vətəndaşlara xidmət göstərməyə, bura köçərək biznes qurmağa çalışan şəxslərə xidmət etməyə hazırlamalıyıq”.
O, vəziyyətin kəskin dəyişə biləcəyini, Ermənistanın maliyyə sisteminə birmənalı zərər vuracağını əlavə edib.
Xaçatryan xarici amillərin ölkə iqtisadiyyatına neqativ təsirinin ilin sonuna qədər qalacağını düşünür.