12 C
Baku
Monday, October 21, 2024

Ermənistan rəsmiləri COP29 çərçivəsində dialoq və danışıqlar prosesinə qoşulmağa dəvət olunub

COP29-a ev sahibliyi edən Azərbaycan bütün iştirakçı ölkələr üçün açıq və inklüziv platforma yaradıb.

Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev Ermənistanın COP29-da mümkün iştirakına dair suala cavabında bildirib.

“Biz bütün ölkələrin, o cümlədən Ermənistan rəsmilərini dialoq və danışıqlar prosesinə qoşulmağa dəvət etmişik”, – Muxtar Babayev vurğulayıb.

COP29-un müəyyən olunmuş Prezidenti qeyd edib ki, Azərbaycan hər bir nümayəndə heyəti üçün bütün lazımi şərtlərin yerinə yetirilməsini təmin edən BMT ilə “Təşkilatçı Dövlət Razılaşması” sənədini imzalayıb: “İnanırıq ki, bütün ölkələrin iştirakı məhsuldar müzakirələrə və müsbət nəticələrə töhfə verəcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər