8 C
Baku
Monday, November 18, 2024

Ermənistan Rusiya ixracını əvəzləmək üçün silah almaq yollarını tapıb

Ermənistan silah alışı ilə bağlı Rusiya ilə yaranmış problemlər fonunda alternativ həll yollarını tapıb. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib.

“Silah almaq məsələsində intensiv müzakirələrin aparıldığı çox sayda ölkələr var. Hansısa məsələlərdə artıq nəticə var, digər məsələlərlə bağlı isə danışıqlar davam edir. Ermənistan və Rusiya münasibətlərində yaranan silah tədarükü problemi həll olunana qədər Ermənistan alternativ həllər axtarır və tapır”, – Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.

O, bu məsələni Minskdə KTMT-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin görüşü çərçivəsində rusiyalı həmkarı ilə müzakirə etmək niyyətində olduğunu qeyd edib.

“Biz başa düşürük, mövcud olan reallığı görürük, bu, Rusiya-Ukrayna müharibəsidir, Rusiyanın bu müharibəyə xidmət etmək imkanlarını, nəzərə alırıq ki, Rusiyanın imkanları silah ixrac etmək üçün o qədər də böyük deyil. Biz də başqa mənbələr axtarmaq üçün bir yola girdik”, – Qriqoryan izah edib.

Son xəbərlər
Digər xəbərlər