Ermənistan Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvadakı görüşünü boykot etməyib.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində bildirib.
Nazirlərin görüşündə iştirak etməməklə Ermənistan Rusiya ilə münasibətlərdə böhran yaşaya bilərmi sualına Təhlükəsizlik Şurasının katibi “Ermənistan böhran yaratmaq üçün belə bir addım atmayıb”,- deyə cavab verib.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya və Azərbaycan XİN başçılarının görüşündə iştirak etməyib.
Moskvada baş tutan ikitərəfli görüşdə Lavrov Mirzoyanın qərarına kifayət qədər sərt reaksiya verib.