9 C
Baku
Thursday, December 12, 2024

Ermənistan sərhəd missiyasının müddətini uzada bilər

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərəcək mülki müşahidə missiyasının 40 nəfərlik əsas qrupu tezliklə Ermənistana gələcək.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Əvvəldən nəzərdə tutulurdu ki, missiya iki ay işləsin. Lakin bizim təcrübə sahəmizdə müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı fikirlər var. Əgər belə bir fürsət və zərurət görsək, problemi daha dərindən öyrənəcəyimizi istisna etmirik”, – deyə Paşinyan vurğulayıb.

Xatırladaq ki,  Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı Şurası liderlərinin Praqada keçirilən görüşünün yekunu üzrə bəyanat qəbul edilib. Həmin bəyanata görə, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bundan əlavə, razılığa əsasən, Aİ-nin mülki missiyası Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək. Müşahidə missiyası müvəqqəti xarakter daşıyacaq və iki aydan çox davam etməyəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər