6 C
Baku
Monday, January 6, 2025

Ermənistan sentyabrın 5-də Azərbaycanla delimitasiya komissiyalarının iş qaydalarına baxacaq

Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasda Azərbaycanla delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə (reqlament) baxacaq.

Bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Sənəd delimitasiya üzrə işlərin təşkilini və müvafiq sənədlərin qəbulunu, o cümlədən uyğun miqyasda delimitasiya xəritəsinin tərtibini nəzərdə tutur.

Qeyd olunub ki, bu sənəd gələcəkdə dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra iki ölkə arasında prosessual məsələləri tənzimləyir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər