Ermənistan silah və hərbi texnika almağa davam edəcək, lakin avqustun 8-də Azərbaycanla imzalanmış Vaşinqton razılaşmalarını nəzərə alacaq.
Bu barədə müdafiə naziri Suren Papikyan jurnalistlərə bildirib.
Papikyan qeyd edib ki, İrəvan və Bakının ABŞ-da əldə etdiyi razılaşmalar mühüm haldır və onun öz nəticələri olacaq.
Müdafiə naziri Ermənistanın Hindistanla Su-30 MK qırıcılarının alınması ilə bağlı razılaşmasısının olmadığı da vurğulayıb.







