30 C
Baku
Monday, July 1, 2024

Ermənistan silahlı qüvvələri Oğuz-Qəbələ-Bakı su kəmərinini raket atəşinə tutub

Ermənistan Silahlı Qüvvələri Oğuz- Qəbələ-Bakı su kəmərini hədəfə alıb.
“Banker.az”a bu barədə məlumat Baş Prokurorluğun mətbuat xidmətindən verilib.
Bildirilib ki, düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyytə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atmış, lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşmüşdür.
Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.
Son xəbərlər
Digər xəbərlər