9 C
Baku
Thursday, December 12, 2024

Ermənistan sülh müqaviləsi ilə bağlı təklifləri Azərbaycana təqdim edib

Fevralın 15-də Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və bu təklifləri Bakıya təqdim edib. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Banker.az bu barədə “Haqqın.az”a istinadən xəbər verir.

Sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib. “Biz layihə üzərində aşağıdakı məntiqlə işləyirik – istənilən vaxt imzalamağa hazır olduğumuz sənədi almaq. Aydındır ki, sənəd Azərbaycan tərəfindən də məqbul olmalıdır. Amma ümid edirik ki, danışıqların üç mərhələsi ərzində qeydə alınan bəzi irəliləyişləri inkişaf etdirmək mümkün olacaq”, – Paşinyan əlavə edib.

Erməni tərəfi hesab edir ki, sənəddə uzunmüddətli və ardıcıl sülhün pozulmasının istənilən ssenarisini istisna edən səmərəli nəzarət və tarazlıq sistemi olmalıdır.

Son xəbərlər
Digər xəbərlər