14 C
Baku
Saturday, November 23, 2024

Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana səfər edəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana işgüzar səfər edəcək.

Bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 28-də baş tutacaq səfər çərçivəsində Qriqoryan Yeni Dehlidə Hindistan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Doval ilə danışıqlar aparacaq.

Bu, Qriqoryanın Hindistana bir ildən az müddətdə ikinci səfəridir. Daha əvvəl o, 2022-ci ilin noyabrında Hindistana səfər edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər