8 C
Baku
Monday, November 18, 2024

Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmaq istəyir

Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ermənistan qonşuları ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır və bunun üçün əməli səylər göstərir.

“Biz Türkiyə ilə münasibətləri tamamilə normallaşdırmağa, əlaqələr qurmağa, sərhədi açmağa və bunun fonunda artıq əldə edilmiş razılaşmaları həyata keçirməyə hazırıq”, – deyə Mirzoyan vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər