Ermənistan üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı Türkiyə tərəfindən müsbət siqnallar gözləyir.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Nazirlik qeyd edib ki, Ermənistan-Türkiyə sərhədindəki “Marqara” buraxılış məntəqəsi istismara hazırdır: “”Marqara” sərhəd-keçid məntəqəsi istismara hazırdır və Ermənistan tərəfi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı Türkiyə tərəfdən daha müsbət siqnallar alacağını gözləyir”.