Ermənistanın Dövlət Gəlirləri Komitəsi Türkiyə ilə sərhəddə keçid məntəqəsinin açılmasının mümkünlüyü ilə bağlı hazırlıqlara başlayıb.
Dövlət Gəlirləri Komitəsi texniki təchizat üçün Metsamor icmasına müraciət edib.
Bildirilib ki, hazırda gömrük nəzarəti prosesinin təmin edilməsi istiqamətində araşdırma aparılır. Söhbət gömrük binasından və sərhədə bitişik digər yarımçıq infrastrukturdan gedir.