“Ermənistan və Türkiyə sərhəddəki Marqara körpüsünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcək”.
Bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç “Armenpress”ə müsahibəsində deyib.
O bildirib ki, tərəflərin son zamanlar atdığı addımlar münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək: “Bu gün Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər.
Ankara zəlzələ ilə bağlı Ermənistan tərəfinin verdiyi dəstəyi unutmayacaq. Biz mühüm proseslərdən keçirik”.