9 C
Baku
Friday, December 13, 2024

Ermənistan və BƏƏ viza rejimini ləğv etdi

Ermənistan və Birləşmiş Ərəb Əmirlikləri viza rejimini ləğv edib.

Bu barədə nazir Ararat Mirzoyanın BƏƏ-yə səfərinin nəticələrini təqdim edən “X” sosial şəbəkəsindəki mikrobloqunda xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

“Ararat Mirzoyanın BƏƏ-yə rəsmi səfəri hər iki ölkənin vətəndaşları üçün viza rejiminin ləğvi haqqında sazişin imzalanması ilə əlamətdar olub”, – Kostanyan yazıb.
Qeyd edək ki, xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 7-də BƏƏ-yə rəsmi səfərə gedib. O, artıq əmirlik həmkarı Abdullah bin Zayed Əl Nəhyan, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Federal Məclisin sədri Saqr Qobaşi ilə görüşlər keçirib.

Son xəbərlər
Digər xəbərlər