1 C
Baku
Saturday, December 14, 2024

Ermənistan və Hindistan əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər

Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistanın bu ölkəyə təyin olunmuş yeni səfiri Nilakşi Saha Sinqh ilə görüşüb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edib.

“Nazir Ermənistan və Hindistan arasında əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirərək, ikitərəfli tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.

Səfir öz növbəsində Hindistan tərəfinin İrəvanla əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib. Həmsöhbətlər regional təhlükəsizliklə bağlı bir sıra məsələləri də müzakirə ediblər”, – Nazirliyin yaydığı məlumatda bildirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər