Ermənistan və Türkiyə birbaşa hava yük daşımalarına başlayır.
2023-cü il yanvarın 1-dən Ermənistanla Türkiyə arasında birbaşa hava yüklərinin daşınmasına icazə verilib.
Mənbələrin məlumatına görə, qərar iki ölkə nümayəndələri, o cümlədən münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr arasında aparılan danışıqlardan sonra qəbul edilib.
Qərarla bağlı Türkiyənin İxracatçılar Birlikləri ölkənin Ticarət Nazirliyi vasitəsilə məlumatlandırılıb.