15 C
Baku
Sunday, November 24, 2024

Ermənistan və Türkiyə nümayəndələri arasında görüş olacaq

“Yaxın zamanlarda Ermənistan və Türkiyə nümayəndələrinin görüşü keçiriləcək”.

Bunu Ermənistan parlamenti sədrinin müavini, ölkəsinin Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

Onun sözlərinə görə, görüşün keçirilməsində məqsəd Gümrü-Qars dəmiryolunun fəaliyyətinin bərpa edilməsi üçün zəruri şərtlərinin müzakirə edilməsidir.

Bununla belə, Rubinyan görüşün tarixinin dəqiqləşdirilmədiyini əlavə edib.

Xatırladaq ki, Türkiyəni Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqlarda Serdar Kılıç təmsil edir.

Son xəbərlər
Digər xəbərlər