Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də Vyanada keçiriləcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Twitter”də bildirib.
“Ermənistan-Türkiyə normallaşma prosesində Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də Vyanada baş tutacaq”, o qeyd edib.
Türkiyə Xarici İşlər Nazirliyi də görüşün keçiriləcəyini təsdiqləyib və bu barədə rəsmi məlumat yayıb.
Qeyd edək ki bu xüsusi nümayəndələrin sayca dördüncü görüşü olacaq.