6 C
Baku
Saturday, December 14, 2024

Ermənistan vətəndaşları Rusiyada sadələşdirilmiş qaydada bank hesabları aça biləcəklər

Ermənistan və daha 24 ölkənin vətəndaşları Rusiyada sadələşdirilmiş qaydada hesab aça biləcəklər.

Rusiya hökumətinin tədbirləri dost ölkələrdən olan sahibkarlar arasında koordinasiyanı yaxşılaşdırmaq üçün nəzərdə tutulub.

Rusiyanın baş naziri Mixail Mişustinin baş nazir müavinləri ilə görüşündə dediyi kimi, Nazirlər Kabineti vətəndaşları və hüquqi şəxsləri Rusiya banklarında sadələşdirilmiş qaydada hesab və ya depozit aça biləcək 25 ölkənin siyahısını təsdiqləyib.
Mişustinin sözlərinə görə, siyahıya Belarus, Qazaxıstan, Braziliya, Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Türkiyə və bir sıra digər dost ölkələr daxildir.

“Vedomosti” qəzeti öz növbəsində qeyd edir ki, siyahıya Ermənistan, Azərbaycan, Əlcəzair, Bəhreyn, Misir, İndoneziya, Qətər, Qırğızıstan, Küveyt, Malayziya, Monqolustan, BƏƏ, Oman, Pakistan, Tacikistan, Tailand, Türkmənistan və Özbəkistan da daxildir.
Rusiya baş nazirinin sözlərinə görə, hesab açmaq üçün xarici vətəndaşlar Rusiyaya daxil olmamışdan əvvəl öz ölkələrində yerləşən kredit təşkilatına zəruri sənədlər paketini təqdim etməli olacaqlar. Gəldikdən sonra artıq Rusiya banklarında ödəniş edə biləcəklər.
“Xarici müəssisələr və sahibkarlar üçün daha rahat şəraitin yaradılması prezidentin qarşıya qoyduğu milli məqsədlərin həyata keçirilməsi çərçivəsində hökumətin maliyyə suverenliyinə nail olmaq üzrə sistemli səylərinin mühüm tərkib hissəsidir”.
Mişustin əlavə edib ki, belə bir qərar tərəfdaş dövlətlərin biznes icmaları arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Bu tədbirlər dost ölkələrin vətəndaşları və təşkilatlarının Rusiya bazarında biznes qurmalarını asanlaşdıracaq.

Son xəbərlər
Digər xəbərlər