18 C
Baku
Friday, November 22, 2024

Ermənistan vətəndaşlarının 54 faizindən çoxu Nikol Paşinyana etibar etmir

Ermənistan vətəndaşlarının 54 faizindən çoxu ölkənin baş naziri Nikol Paşinyanın yürütdüyü siyasətə etibar etmir.

Bu barədə “GALLUP International Association” Araşdırma Mərkəzinin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, respondentlərin 20,4 faizi Nikol Paşinyana tam etibar edir, 13,2 faizi qismən etibar edir, 18,6 faizi qismən etibar etmir, 35,5 faizi ümumiyyətlə etibar etmir.

Ermənistan əhalisinin əksəriyyəti – 53,7 faizi prezident Vaaqn Xaçaturyanın fəaliyyətini bəyənmir. Respondentlərin 64,2 faizi parlamentin, 57,7 faizi isə hökumətin fəaliyyətinə etimad etmir.

Son xəbərlər
Digər xəbərlər