20 C
Baku
Tuesday, April 30, 2024

“Ermənistan vasitəsilə Cənubi Qafqazda NATO maraqlarının təşviqinə cəhdlər edilir”

“Rusiya Cənubi Qafqazda NATO maraqlarının Ermənistan vasitəsilə təşviqinə cəhdlər görür”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.

“Anti-Rusiya əhvali-ruhiyyəsinin qızışdırılmasına gəlincə, bu, müəyyən dərəcədə süni şəkildə həyata keçirilir. Ermənistanda son illər yaradılan qeyri-hökumət təşkilatlarının sayından xəbərimiz var. Bunların sayı əvvəllər də çox idi. Əlbəttə ki, bu təşkilatlar Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmayıb. Onlar anti-Rusiya əhvali-ruhiyyəsi üçün zəmin yaratmaq və ilk növbədə ABŞ-ın, Avropa İttifaqının, NATO ölkələrinin Ermənistan vasitəsilə bu regionda maraqların təşviqinə hazırlıq görmək məqsədi daşıyır. Biz bu cəhdləri görürük. Onlar bu yolla müəyyən nəticələr də əldə edirlər”, – o vurğulayıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər