“Ermənistan xüsusi nümayəndələrinin fevralın 24-də keçiriləcək ikinci görüşündə predmet müzakirələrə ümid edir”.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.
Onun sözlərinə görə, yanvarın 14-də Moskvada keçirilmiş görüş tanışlıq xarakteri daşıyıb və Vyanada keçiriləcək görüşdə rəsmi İrəvan sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasına ümid edir.
Mirzoyan Ankaradan pozitiv siqnallar aldıqlarını deyib.