Ermənistan xarici işlər naziri Hindistana səfər edir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Martın 3-dən 4-dək Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Hindistanın geosiyasət və geoiqtisadiyyat üzrə aparıcı “Risin dialoqu” konfransında iştirak etmək üçün Nyu-Dehlidə işgüzar səfərdə olacaq”, – deyə məlumatda qeyd olunub.