“Bir sıra vacib məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri fərqlidir”.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Sputnik Armenia”ya bildirib.
“Ermənistan və Azərbaycanın bir sıra vacib məsələlərlə bağlı mövqeləri əlavə iş tələb edir. Söhbət Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası, qoşunların çıxarılması və Bakı və Xankəndi arasında dialoq üçün beynəlxalq mexanizmin yaradılmasından gedir”, – deyə Badalyan bildirib.