18 C
Baku
Friday, October 18, 2024

Ermənistan XİN-i Qarabağ haqqında reportajdan sonra jurnalistin akkreditasiyasını ləğv etdi

Ermənistan Xarici İşlər Nazirliyi “Novaya qazeta”nın jurnalistinə Dağlıq Qarabağda işləmək üçün verdiyi akkreditasiyanı ləğv edib. Banker.az xəbər verir ki, bu barədə həmin jurnalistin özü (İlya Azar) Facebook səhifəsində yazıb.

“Rəsmi olaraq bildirirəm ki, Dağlıq Qarabağ bölgəsinə akkreditasiya olmadan daxil oldum, halbuki bundan əvvəl Xarici İşlər Nazirliyi digər jurnalistlərdə olduğu kimi mənə də akkreditasiya vermişdir. İddiaya görə, orada olduğum müddətdə akkreditasiya proseduru dəyişdirilib. Bu məlumat mənim elektron poçt ünvanıma göndərilib”, – deyə İlya Azar qeyd edir.

“Bunun qeyri-rəsmi (və əsas) səbəbi isə bundan ibarətdir: mənə izah etdikləri kimi, Xarici İşlər Nazirliyinin sözçüsünə görə, dünən Şuşa və Laçından apardığım reportaj neqativ reaksiyaya səbəb olub. Bununla yanaşı, 2011-ci ildən bəri Azərbaycanda persona non-qrata olduğumu da qeyd edim”.

Azar hazırladığı materialın “ermənilərin vətənpərvərlik hisslərinə xələl gətirdiyini qəbul etsə də, məqalədə yalan faktların olmadığını vurğulayır.

Son xəbərlər
Digər xəbərlər