8 C
Baku
Monday, November 18, 2024

Ermənistan XİN Türkiyə ilə danışıqlar aparmaq istəyir

“Türkiyədəki seçki kampaniyası artıq bitib. Ona görə indi ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqları davam etdirməyin vaxtıdır”.

Bunu  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada avstriyalı həmkarı Aleksandr Şallenberqlə keçirdiyi mətbuat konsransında deyib.

O, prosesin başlayacağına və uğurla davam edəcəyinə ümid etdiyini bildirib:

“Hazırda konkret addımlar var ki, hər iki tərəf buna əmin olduqdan sonra həyata keçirilə bilər. Bu addımlara iki ölkə arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması da aiddir. Əlbəttə ki, mən ilk növbədə Ermənistanla Türkiyə arasında sərhədin üçüncü ölkə vətəndaşları üçün açılmasından danışıram”.

Mirzoyan danışıqlarla bağlı razılaşdırılmış konkret tarixin olmadığını da vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər