Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç öncədən əldə olunan razılaşmaya əsasən, iki ölkənin münasibətlərinin normallaşdırılması üçün Vyanada görüş keçirəcək.
Armenpress agentliyi xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan açıqlama verib.
Unanyan görüşün tarixinin hələ dəqiqləşdirildiyini əlavə edib.
Xatırladaq ki, iki ölkənin xüsusi nümayəndələri arasında ilk görüş yanvarın 14-də Moskvada, ikinci görüş isə fevralın 24-də Vyanada baş tutub.