27 C
Baku
Tuesday, July 29, 2025

Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırıb

Ermənistan Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanı geri çağırıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Nəşrin yazdığına görə, buna səbəb onun ölkə rəhbərliyinin erməni apostol kilsəsi ilə bağlı mövqeyi ilə razılaşmaması və iş adamı Samvel Karapetyanın həbsi olub.

Spartakyanın özü isə qeyd edib ki, o, Yekaterinburqda yaşayıb və bundan sonra da orada yaşayacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər