Rusiyanın Ermənistana silah tədarükü ilə bağlı sazişlərdəki payı 2020-ci ildəki 96%-dən hazırda 10%-dən aşağı düşüb.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə Ermənistanın hərbi-texniki əməkdaşlığının 96%-i Rusiya ilə ölub. “2021-ci ilin yanvarından bu günə kimi müxtəlif ölkələrlə bir neçə milyard dollarlıq müqavilələr bağlamışıq. Bu müqavilələrdə Rusiyanın payı 10%-dən azdır”, – Qriqoryan bildirib.
O, həmçinin bəyan edib ki, 2021-ci ildən Ermənistan tərəfi Rusiyadan silah almağa çalışır, həmçinin Rusiya Federasiyası ilə birlikdə Ermənistan Silahlı Qüvvələrində birgə həyata keçirilməsi planlaşdırılan kompleks islahatlar proqramını hazırlayıb.