10 C
Baku
Thursday, December 12, 2024

Ermənistanda 13 minə yaxın hərbçiyə cinayət işi açılıb

Ermənistan ordusunun 12 600 hərbçisinə qarşı 1600-ə yaxın cinayət işi açıb.

Bu barədə Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan bildirib.

Onun sözlərinə görə, ordudakı hərbi cinayətlərlə əlaqədar 883 nəfərə, 78 zabit, 150 müqaviləli hərbi qulluqçu, 491 ehtiyatda olan hərbçi, 36 çağırışçı və 128 mülki şəxsə ittiham elan olunub.

Cinayət işlərindən 152-nin ibtidai istintaqı yekunlaşıb.

Bundan əlavə, 29 şəxs barəsində 23 iş məhkəməyə göndərilib, cinayət işləri ilə bağlı 17 mindən çox şəxs dindirilib.

Son xəbərlər
Digər xəbərlər