27 C
Baku
Wednesday, June 26, 2024

Ermənistanda bir gündə 41 nəfər COVID-19-dan ölüb

Ermənistanda daha 472 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 114 383-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 41 nəfər artaraq 738-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 448-a yüksəlib. İndiyədək 74 105 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 39 564 aktiv koronavirus xəstəsi var.

Mənbəreport.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər