Ermənistanda fərarilik cinayətinə görə cəza tədbirləri sərtləşdirildi

Ermənistan Milli Məclisi oktyabrın 28-də Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Səsvermə zamanı 69 millət vəkili bu qanunvericilik təşəbbüsünü yekdilliklə dəstəkləyib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Beləliklə, Ermənistanda müharibə dövründə müəyyən hərəkətlərə görə cəzalar daha da sərtləşdirilib.

Yeni qanun hərbi xidmətdən, təlim düşərgələrindən və ya müharibə vaxtı səfərbərlikdən yayınanlar üçün 6 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur. Xatırladaq ki, daha əvvəl bu, 4 və 8 il olub.

Hərbi xidmətin icrasından və ya müharibə zamanı vergi ödəməkdən yayınanlar üçün 1 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulub.

Müharibə dövründə bu əmrə əməl etməyənlərə qarşı 5 ildən 15 ilə qədər həbs cəzası tətbiq ediləcək. Eyni zamanda həbi vəziyyət, müharibə və ya döyüş vaxtı fərarilik üçün 8 ildən 15 ilə qədər həbs nəzərdə tutulub. Qeyd edək ki, daha əvvəl bu, 6 və 12 il olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər