8 C
Baku
Friday, December 13, 2024

Ermənistanda hərbi hissə komandiri və daha 6 nəfər saxlanılıb

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2017-ci ildə ordunun ehtiyacları üçün müsabiqə əsasında antifrizin satın alınması zamanı 60 milyon dram oğurluq ittihamı ilə hərbi hissə komandirini və müsabiqə komissiyasının 6 üzvünü saxlayıb.

Bu barədə Ermənistan teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, hərbi hissə komandiri və daha 3 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət göndərilib.

O da qeyd olunub ki, təchizatçı şirkət “Mosesko” MMC-nin direktoru da həbs edilib.

Son xəbərlər
Digər xəbərlər