2020-ci ildə Ermənistanın istehlak qiymətləri 2019-cu ilə nisbətən orta hesabla 3,7% artıb.
Təkcə dekabr ayında isə ölkədə ilik inflyasiya 3,4% təşkil edib.
Başqa sözlə, ötən ilin son ayında Ermənistanda inflyasiya sürətlənib. Ən çox bahalaşma isə 3,3% olmaqla paytaxt İrəvanda qeydə alınıb.
Dekabrda qida və spirtsiz içkilər 4,9%, spirtli içkilər və tütün məhsulları 10.4% bahalaşıb. O cümlədən çörək məhsulları və dənli bitkilərin qiyməti orta hesabla 7,4%, süd məhsulları və pendirin qiyməti orta hesabla 5,8%, yumurtanın qiyməti isə 13,1% artıb.
Bundan başqa, ay ərzində benzin və dizel yanacağı müvafiq olaraq 4,1% və 2,9% bahalaşıb.