Ermənistanda Qarabağa göndəriləcək yezidlərdən ibarət könüllü dəstəsi yaradılıb. Banker.az xəbər verir ki, bu barədə yezid icmasının deputatı Rustam Bakoyan məlumat verib.
“Dünən axşam Aknaliç kəndindəki yezid məbədinin yaxınlığında könüllü dəstəsi yaradılıb. Biz vətənimizi qorumaq üçün Arçaxa (Qarabağa) getməyə hazırıq”, – deyə Bakoyan parlament bəyanatı layihəsinin müzakirəsi zamanı bildirib.