11 C
Baku
Tuesday, November 4, 2025

Ermənistanda sərhəd açıldıqdan sonra Türkiyə ilə ticarətin üç dəfə artacağını gözləyirlər

Ermənistan-Türkiyə sərhədinin açılması iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfə artmasına səbəb olacaq.

Bunu ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə beynəlxalq konfransda bildirib.

“Amberd” İnstitutunun apardığı araşdırmaya görə, sərhədlərin açılması həm xalqlarımıza, həm də iqtisadiyyatlarımıza qarşılıqlı fayda gətirə, Ermənistan və Türkiyə arasında ticarət dövriyyəsini 200 % artıra bilər. Türkiyə ərazisindən istifadə Ermənistan və Şərqi Avropa arasındakı ticarət yolunu 10-25 %, Ermənistan və Mərkəzi Avropa arasında isə 5-15 % qısalda bilər”, – o qeyd edib.

Bundan əlavə, Qriqoryan Azərbaycanla münasibətlərin normallaşması və Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda sülh sazişinin paraflanması məsələsinə toxunaraq bu prosesin ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini vurğulayıb.

“2025-ci ilin may-avqust aylarında Ermənistanda turizm sahəsində əhəmiyyətli artım qeydə alınıb. Məsələn, iyun ayında Ermənistana 215 mindən çox turist gəlib ki, bu da 2024-cü illə müqayisədə 19 % çoxdur. Biz bu artımı mart ayında Ermənistan və Azərbaycanın sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını elan etməsi ilə əlaqələndiririk. Sentyabr ayı üçün 10,5 % artım nümayiş etdirən iqtisadi fəallıq indeksi də 8 avqust bəyanatının mümkün təsirini göstərir. Bu sübut edir ki, sülh biznesə, innovasiyalara və rifaha təkan verir”, – o vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər