“Azərbyacna öz ərazisində həm dəmiryolu, həm avtomobil yolu layihələrini uğurla icra edir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili ilə birgə mətbuat brifinqində deyib.
Nazir bildirib ki, öz payına düşən hissəsini 2023-cü ilə qədər yekunlaşmağı planlaşdırır: “Biz Ermənistanda da bu istiqamətdə işlərlə bağlı konkret addımları gözləyirik. Bölgədə olan proseslər, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışarkən bu ilk növbədə Cənubi Qafqazda olan 3 ölkə üçün maraqlıdır. Gürcüstan tərəfi də bunu dəstəkləyir. Eyni zamanda Cənubi Qafqaz bizim birgə evimiz kimi baxdığımız zaman Azərbaycan-Gürcüstan əməkdaşlığı burada model kimi istifadə oluna bilər. Bu istənilən 2 qonşu ölkə üçün model rolunu oynayır. Təbii ki, Ermənistan da beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməklə beynəlxalq layihələrdə öz yerini tuta bilər”, – nazir deyib.