Ermənistan Naxçıvanla Azərbaycan digər əraziləri arasında nəqliyyat dəhlizini açmağa hazırdır.
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qevorkyan söyləyib.
“Ermənistan avtomobil və dəmir yolu ilə Rusiya və İrana yük daşımaqda maraqlıdır. Bu kontekstdə Yerevan Azərbaycanın Şərq əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır. Amma bu mövzu üçtərəfli razılaşmanın 8-ci bəndində göstərilən əsir və girovların qarşılıqlı tam dəyişdirilməsindən sonra reallaşa bilər”-deyə açıqlamada bildirilir.