13 C
Baku
Sunday, September 29, 2024

“Ermənistanı daim münaqişə vəziyyətində yaşamağa çağıranlar onun mövcudluğunu şübhə altına qoyur”

“Ermənistanı daim münaqişə vəziyyətində yaşamağa çağıranlar onun mövcudluğunu şübhə altına qoyur”.

Bunu ölkənin baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında bildirib.

O, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmaması ilə bağlı müxalifətin etdiyi çağırışları şərh etməyib. Hökumət başçısı deyib ki, belə şəraitdə Ermənistan yaxın 30 ildə qarşıdurma rejimində yaşamalıdır: “Mən kiminsə istəklərini və ya fikirlərini qiymətləndirmək istəmirəm. Niyyətlər yaxşı, konstruktiv ola bilər, ancaq biz mümkün nəticələrdən danışırıq”.

N.Paşinyan daha sonra bildirib: “Kimsə Ermənistanın qarşıdurma rejimində yaşamalı olduğunu deyirsə, əslində, dövlətin mövcudluğunu şübhə altına qoyur. Mən demirəm ki, bu insanlar belə istəyir, ancaq bunun nəticəsi belə olacaq”.

Baş nazirin sözlərinə görə, 2020-ci il müharibəsi zamanı Ermənistan az qala möcüzəvi şəkildə öz dövlətçiliyini xilas edərkən özü də hücuma məruz qalıb: “Bu məntiqlə yaşamaq ölkəni ölümə məhkum etmək deməkdir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər