Rusiyanın “Mir” ödəniş sisteminin kartları 2024-cü il martın 30-dan Ermənistanda əksər bankların bankomat və POS terminallarında işləməyəcək.
“Bu barədə RBC-yə “VTB Ermənistan”ın adı açıqlanmayan nümayəndəsi bildirib.
O qeyd edib ki, istisna “VTB Ermənistan bankı”nın (Rusiya VTB-nin törəmə müəssisəsi – qeyd) infrastrukturu olacaq. İndi “Mir” kartları Ermənistanda işləyir və yerli banklar tərəfindən qəbul edilir.
“Biz dost ölkələrlə öz infrastrukturlarında “Mir” kartlarını qəbul etmək üçün işləməyə davam edirik. Eyni zamanda, hər bir ölkə bu kartların qəbulu ilə bağlı qərarını müstəqil qəbul edir”, – Rusiya Bankının nümayəndəsi bildirib.