13 C
Baku
Tuesday, November 4, 2025

“Ermənistanın 3 məktəbində Azərbaycan dili tədris olunur”

Azərbaycan dili hazırda Ermənistanın 3 məktəbində tədris olunur.

Bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib.

Onun sözlərinə görə, Ermənistanda Azərbaycan dilinin öyrənilməsi hökumətin regional dillərin yayılmasının təşviqinə dair proqramı çərçivəsində həyata keçirilir.

Nazir qeyd edib ki, Ermənistanın təxminən 400 məktəbi hər hansı regional dilin tədrisini təşkil etmək istəyir:

“Əksər məktəblər türk dilini seçiblər. Lakin nazirlik ixtisaslı (türk dili tədrisi üzrə) mütəxəssislərinin kəskin çatışmazlığı ilə üzləşib”.

Son xəbərlər
Digər xəbərlər