27 C
Baku
Sunday, July 6, 2025

Ermənistanın Ağdamı atəşə tutması nəticəsində iki mülki şəxs yaralanıb

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Banker.az xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

15.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri
tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır
artilleriyadan atəşə tutulmuşdur.Bunun nəticəsində 1969-cu il təvəllüdlü
Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlu
müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, yaşayış
evlərinə isə ciddi ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq
tədbirləri həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər