Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” da koronavirusa yoluxduğunu söyləyib.
Banker.az bu barədə “Rbc.ru”ya istinadən xəbər verir.
Paşinyan bildirir ki, o, xəstəliyin heç bir əlaməti olmasa da koronavirus testindən keçmək qərarına gəlib.
“Testimin müsbət olduğu ortaya çıxdı”, – nazir söyləyir.
Qeyd edildiyi kimi, təkcə Paşinyan özü deyil, həmçinin onun ailə üzvləri də koronavirusa yoluxublar.